Polad HөşimovCəbrayıl Dövlətzadə

Cəbrayıl Dövlətzadə

İndi 19 yaşlı bu qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Döyüş yoldaşları bildirilər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edib. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub. Ona Azərbaycanın Milli Qəhrəmanı adının veriləcəyi gözlənilir. Əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq könüllü döyüşlərə qatılmaq istədiyini bildirib. Valideynləri, dostları onun mərd, qüvvətli, nəcib keyfiyyətli, qətiyyətli bir gənc olduğunu deyirlər. Atası bildirir ki, sonuncu dəfə onunla əlaqə saxlayanda "məndən nigaran olmayın, Vətənə canım fəda olsun" sözlərini deyib."Mən fəxr edirəm ki, o canından çox sevdiyi Vətəni üçün döyüşüb, şəhid olub", Qəhrəmanın valideyni sözlərinə əlavə edir. Cəbrayıl Dövlətzadə... İndi 19 yaşlı bu qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb. Döyüş yoldaşları bildirilər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edib. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub. Ona Azərbaycanın Milli Qəhrəmanı adının veriləcəyi gözlənilir. Əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq könüllü döyüşlərə qatılmaq istədiyini bildirib. Valideynləri, dostları onun mərd, qüvvətli, nəcib keyfiyyətli, qətiyyətli bir gənc olduğunu deyirlər. Atası bildirir ki, sonuncu dəfə onunla əlaqə saxlayanda "məndən nigaran olmayın, Vətənə canım fəda olsun" sözlərini deyib. "Mən fəxr edirəm ki, o canından çox sevdiyi Vətəni üçün döyüşüb, şəhid olub", Qəhrəmanın valideyni sözlərinə əlavə edir.