Polad HөşimovCəbrayıl Dövlətzadə

Polad Həşimov

General Polad Həşimovun məhz general olması ona diqqətin həddindən artıq çox olmasına səbəb olur. Az qala onunla birlikdə şəhid olanlar haqqında müzakirə, mübahisə və fəxarət duyğusu artıq səngiməkdədir. Təbiidir ki, milli mücadilə aparmalı toplum üçün bu o qədər yaxşı hal deyilsə də, müşahidələr bunu aşkar şəkildə göstərir. Sanki şəhidləri dəfn etməklə borcunu bitmiş hesab edən kütlə nə qədər böyük yanlışa düşdüyünü təsəvvür belə etmir. Ancaq unutmağa başladıqca vətənimizin yeni ərazilərinin işğal edilməsi ehtimalı, hətta gerçəkliyi zərurətə çevrilir. Bu gün sosial şəbəkələr və media qurumları arasında iki əsas məsələ müzakirə mövzusu olmaqda davam edir. Birincisi, səfərbərlik üçün qeydiyyatdan keçmək, ikincisi isə Polad Həşimovun generallığı və şəhidliyi. Polad Həşimovun şəxsi keyfiyyətlərinin son dərəcə yüksək olması, şəhid ailəsinə öz evini bağışlayıb kirayədə qalması, ona verilən avtomobili özü üçün istifadə etməyib əsgərləri üçün maddi vəsaitə çevirməsi, hərbi hissəni hətta kredit yolu ilə təmir etdirməsi və s. bu kimi yaşantı tərzi onu gündəmdən düşməyə qoymur və ümid edirik ki, uzun müddət bu bir milli proses şəkilində davam edəcəkdir. Təbiidir ki, bunun ən mühüm səbəbi xalqın mənəvi ehtiyacıdır. Uzun illər yüksək mövqe tutan insanların dövlətin və millətin sərvətlərini özününküləşdirməsi, özündən aşağı səviyyədə mövqe tutan insanlara yuxarıdan aşağı baxması, tutduğu mövqeyi yalnız öz mənfəətinin vasitəsinə çevirməsi bu ehtiyacı meydana gətirmişdir. Demək şüur altında, yaddaş arxasında milli-psixoloji istəklər özünə yer tapmış, canlanıb üzə çıxması üçün müəyyən bir stuasiyanın reallaşmasına bəhanə gözləmişdir. Bu Polad Həşimov şəxsiyyətində bu gün meydana gəldi. Bundan əvvəl isə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov şəxsiyyətində reallaşmışdı. Əlbəttə bu təbiidir. Nə qədər ki, millət vardır, onun açıq və gizli istəkləri, hətta özünə bəlli olmayan duyğuları mövcud olacaq. Bu hər bir millətin ideoloji baxış tərzindən daha çox psixi-instiktiv reaksiyalarının basdırılmış özəllikləridir. Zaman yetişən kimi millət yenidən ayağa qalxır, öz coşqusu ilə, hətta özünü fəda etməkdən belə çəkinmir və nəhayətdə öz ideyasına qovuşur, ideal məqsədinə çatır. Yadınıza salın ki, 2016-cı ildə qalxan dalğanı istisna etməklə artıq belə bir rəy formalaşırdı ki, “Biz millət deyilik”, “Biz heç zaman öz haqqımızı almağı bacarmırıq”, “Bu vəziyyət ömür boyu davam edəcək” və s. Lakin bu gün 2016-cı ilin aprelindən də dəfələrlə yüksək səviyyədə milli oyanış özünü göstərdi. Təbiidir ki, bunun əsasında siyasi-ictimai və sosial amil olmaqla bərabər, eyni zamanda general Polad Həşimov reallığı da mühüm amil təşkil edir. Biz hər zaman qeyd etmişik ki, Babək, I Şah İsmayıl və s. tarixi şəxsiyyətlər ətrafında ağır mübahisələr açmaqdansa, bu günün qəhrəmanlarını ideologiyaya çevirmək, bayraq etmək lazımdır. Əlbəttə tarixi şəxsiyyətlərimizə diqqət yetirmək önəmlidir. Ancaq öz torpağını, vətənini və milli dövlətini qoruyacaq qüvvələrə onların bənzəmək istədikləri qəhrəman vermək lazımdır. Təsəvvür edin ki, bir Mübariz İbrahimov millət uğrunda canından keçəcək böyük bir nəsil formalaşdırdı. Ramil Səfərov da bu örnəklərdən biri idi. Onlardan daha əvvəl I Qarabağ savaşında nə qədər qəhrəman oğullarımız vardır ki, adlarını saymaqla bitməz. Biz Qarabağı erməniyə deyil, onun arxasında dayanan Rusiyaya uduzduq. Bizim məğlub olduğumuzu iddia edənlər unutmasınlar ki, əlindən silahları yığışdırılmış, qarşı tərəfə isə silah verilmiş bir dövrdə biz 4 il döyüşdük. Biz dünyanın ən nəhəng dövlətlərinin bu gün də ehtiyat etdiyi Rusiya ilə döyüşdük. Bunu elə Xocalıda 366-cı motoalayının iştirak etməsi təsdiq edir. Artıq SSRİ tərkibində olan dövlət deyilik. Artıq yanımızda Türkiyə kimi qüvvətli bir dövlət də var. Biz bu gün Polad Həşimovu MÜBARİZLƏRdən biri kimi ideologiyaya çevirməli, baş üstündə tutmalı, ona bayraq kimi baxmalı və savaş qanunlarına uyğun olaraq onun haqqında deyiləcək hər hansı mənfi cümləni vətənə xəyanətə bərabər tutmalıyıq. General haqqında filmlər çəkilməli, əsərlər yazılmalı və öz savaşımızın doktrinası bu kimi böyük və qorxmaz şəxsiyyətlərimiz üzərində qurulmalıdır. Bunun üçün ilk olaraq onun üzərindən öz reklamlarını qurmağa çalışan simasızları da ifşa etməyi bir millət və dövlət olaraq bacarmalıyıq. Bunun üçün mövcud iqtidar da zəruri addımlar atmalıdır. Əgər bunun əksi olacaqsa, sabah yerdə nə millət qalacaq, nə də dövlət. Heç nəyi olmayan bir yerdə isə heç kim nə iqtidar ola bilməyəcək, nə də müxalifət. Unutmaq lazım deyil ki, bizim qarşımızda olan xalq çox mənfur xalqdır. Dünyanın bütün böyük şəxsiyyətləri ermənilərin nə qədər rəzil olduğunu qələmə almış, dilə gətirmişdir. Buna görə də bu gün Polad Həşimov və onun kimi yüzlərlə qəhrəmanı bayrağa çevirib şou səviyyəsizliklərinə nəhayət son qoyulmalı, milli-vətənpərvərlik mövzusunda olan təbliğat və təşviqat işləri də fikrimizcə, qüvvətlənməlidir.Həyatda təsadüf yoxdur. Bütün təsadüflər baş verməli hadisələrin və situasiyaların görünən üzüdür. Polad Həşimov da istisna deyil. Təsəvvür edin ki, Mübariz İbrahimov adı məhz mübarizliyi, mücadilə və mübarizəni ifadə etdi. Polad adı da millətin polad mətanətini, savaş hünərini və polad kimi möhkəm olduğunu ifadə etdi. Bu baxımdan şəhidlərimizin haqq yolunun yolçusu olduğu, Haqq məqamında yer aldığı işarə səviyyəsində də bizə aydın olur. Arifə bir İşarə də bəs edər. Elə bu kontekstdə də bir məsələyə də toxunmaq yerinə düşər. Bəzi hürufatçıların milli şəhidlərin şəhid olmamasına yönəli iddialarına da aydınlıq gətirmək lazımdır. Birincisi Uca Allah öz Bəyanı olan mübarək Qurani-Kərimdə əksər hallarda şəhid demir, Allah yolunda ölənlər deyir. Təbiidir ki, Şəhid Uca Allahdır. Yəni Haqq yolunda savaşanlara şahid, hər yerdə hazır olandır. Bunu bilmək üçün Əsmai-Hüsna (Uca Allahın Gözəl İsmləri)nı oxumaq kifayətdir. Ancaq onu da bilmək lazımdır ki, dilçiliyin spesifikasına uyğun olaraq şəhid adı da sözün funksionallaşmasından irəli gəlib bu mənanı ifadə edir. Bunu elə orijinal Quranda da görürük. Nisa surəsinin 69-cu ayətində Uca Allah Allah yolunda savaşanlara da “şühəda”, yəni şəhidlər deyir. Burada artıq sözün bu şəkildə şəkillənməsini də görə bilirik. Millət üçün savaşmaq isə Haqq savaşıdır. Çünki millət Namusdur. Namusun üçün döyüşməsən namusunu əlindən alarlar. Topluma təcavüz edənlərə qarşı savaşmaq haqlı savaşdır. Yəni Haqla olan savaşdır. Uca Allahın bəxş etdiyi nemətlərə göz dikib insanların namus və ləyaqətini tapdalamağa qarşı döyüşmək elə Uca Yaradanın Haqq nizamını bərpa etməkdir. Buna görə də bu yolda dünyadan köçənlər Allah yolunda ölənlərdir. Əksi olduqda səni işğal edənlər sənə öz inancını da gətirəcək, sənin tanıdığın Allahını da, peyğəmbərini də inkar etməyə səni məcbur edəcəkdir. Biz sovet dönəmində bunu gördük. Materialist-ateist nəzəri görüşlər irəli sürərək Allahı inkar etdilər və etdirdilər, allahsızlıq cəmiyyəti qurub bir çox insanı zorakı yollarla bu cəmiyyətə üzv də yazdılar, sovet rəhbərini XX əsrin peyğəmbəri elan etdilər. Bu istiqamətdə isə yüz minləri qətlə yetirdilər. Demək millətimizi qorumaq inancımızı qorumaq və Allah yolunda savaş açmaqdır.