TerminlərFormalaşması və təkamülüPlanetlər arası mühit

Günəş sistemi

Günəş sistemi — Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki,beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur.Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi Yunan və Roma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir. Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları olan Mayk Braun və Konstantin Bariginin fərziyyələrinə görə Günəş sistemində Yerdən on dəfələrlə böyük olan Doqquzuncu Planet də vardır.Doqquzuncu planet ya da şərti olaraq Planet X adlandırılan bu planetin olması fərziyyəsi Koyper qurşağındakı cisimlərin hərəkəti izlənilərək ortaya atılmışdır.

Quruluşu

Günəş sisteminin mərkəzində sistemin bilinən kütləsinin 99,86%-ni təşkil edən və cazibə qüvvəsi ilə sistemi ətrafında saxlayan G2V tipli bir sarı cırtdan ulduz olan Günəş yerləşir.Sistemin qalan kütləsinin 90%-ni isə Günəşin ətrafında hərəkət edən ən böyük iki cism olan Yupiter və Saturn təşkil edir. Günəşin ətrafında hərəkət edən böyük göy cismlərinin orbitlərinin çoxu Yerin orbitinin ekliptik adlanan müstəvisində yerləşir. Planetlər ekliptikə çox yaxın olduqda kometalar və Koyper qurşağındakı göy cismləri ekliptikin çevrəsi ilə böyük bucaqlar yaradır.Planetlərin hamısı və digər göy cismlərinin çoxu Günəşin ətrafında saat əqrəbinin əksi istiqamətində hərəkət edirlər. Buna baxmayaraq Halley kometi kimi istisnalar vardır.Günəş sistemindəki göy cismləri Günəşin ətrafında Kepler qaydalarına uyğun olaraq hərəkət edirlər. Hər göy cismi Günəşin ətrafında təqribən ellipsvari orbitlə hərəkət edirlər. Günəşə daha yaxın olan göy cismləri daha sürətlə hərəkət edirlər. Planetlərin orbitlərinin quruluşu dairəyə daha yaxın olsa da, çoxlu kometa, asteroidvə Koyper qurşağındakı cismlər olduqca dartılmış ellips orbitə sahibdirlər. Günəş sistemindəki uzaq məsafələri təsvir etməyin çətinliyi səbəbindən orbitlər əsasən bərabər uzaqlıqda göstərilir. Reallıqda isə bir neçə istisnadan başqa bir planet və ya qurşağın Günəşdən olan məsafəsi artdıqca özündən əvvəlki orbitlə arasında olan məsafə də artır. Buna örnək olaraq Venera Merkuridən 0,33 AV məsafədə yerləşirsə, Saturn və Yupiter arasındakı məsafə 4,3 AV-yə bərabərdir. Neptun da Urandan 10,5 AV daha uzaqda yerləşir. Bu orbitlər arasındakı məsafələrlə bağlı qanunauyğunluq qurmağa çalışan Titius-Bode qanunu kimi bəzi cəhdlər olsa da, qəbul edilən bir nəzəriyyə olmamamışdır.

Klement kosmik gəmisindən çəkilən və Ayın arxasından saçılan gün işığı ilə görünən ekliptik çevrəsi.Soldan sağa: Merkuri, Mars, Saturn.

Ekliptikin 3D təsviri