Azərbaycan riyaziyyatçılarıDünya riyaziyyatçıları

Riyaziyyatçı haqqında ümumi məlumat

Riyaziyyatçı - riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəsisdir. Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur.Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,...riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir. Riyaziyyatçı dərəcəsini ali məktəbdə təhsil yolu ilə almaq mümkündür. Universitetlərdə bu iki pilləli sistemdə həyata keçirilir. Birinci pillədə riyaziyyat üzrə bakalavr (4 illik təhsil), ikinci pillədə isə magistr (iki illik daha ixtisaslaşmış və tədqiqata meylli təhsil) dərəcələrinə yiyələnmək olur. Əlbəttə ki, riyaziyyat üzrə alim olmaq, ciddi tədqiqatlara baş vurmaq üçün PhD dərəcəsi (Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru) almaq zəruridir.[Mənbə göstərin] Riyaziyyat təhsilində əsasən diferensial və inteqral hesabı (riyazi analiz), cəbr, həndəsə, topologiya, funksiyalar nəzəriyyəsi, funksional analiz, tətbiqi riyaziyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika, diskret riyaziyyat, idrəetmə nəzəriyyəsi və s. tədris olunur.