Biologiya Kimya

Biologiya.

Peyvənd qoruyurmu?

Qripə yoluxmamaq üçün hər il istifadə olunan peyvəndlər bütün həyatımız boyunca bizi qoruyacaq qədər güclü hazırlana bilərmi? Xəstəliklərdən qorunmağın bir əsas yolu var. Hər il vurduğumuz bir neçə peyvəndlə bədənimizi qripə qarşı daha dözümlü edə bilərik. Qrip epidemiyası həqiqətən də sürətli formada dəyişir. Təkamülün təsdiqi kimi hər il keçirdiyi kiçik mutasiyalar səbəbilə elm adamlarını yuxuda belə rahat qoymayan qrip növləri hər il yeni peyvəndlərin yaranmasına səbəb olur. Bunun necə baş verdiyini aşağıdakılarla izah edək. Məsələn, həm quş, həm də donuz qripi eyni anda bir insana və ya heyvana yoluxdurulsa daha əvvəl mövcud olmayan yeni qrip epidemiyası yarana bilər. Məsələn, niyə də növbəti qrip it qripi olmasın? Bədənimizə hər gün saya bilməyəcəyimiz qədər virus daxil olur. Bəs niyə məhz qrip ən tez-tez rast gəldiyimiz xəstəlikdir? Çünki qriplər immunitet sistemimizin diqqətini yayındırır. Hemagglutin adı verilən proteinlə örtülü qrip virusları havadakı hüceyrələrə yapışaraq onlarla əlaqəyə girə bilir. Yuxarıda yazdığımız səbəblər hər il peyvənd etdirməyimizin səbəbi ola bilər. Araşdırmaçılar hər il növbəti illərdə yaranacağına inandıqları qrip viruslarına qarşı peyvəndlər hazırlayırlar. Bu peyvəndlərin məqsədinə çatması isə o qədər də asan görünmür. Çünki gün ötdükcə peyvəndlərdən istifadə azalır. Bütün qriplərə qarşı peyvənd yaratmaq mümkündürmü? Qeyd edmək lazımdır ki, buna nail olmaq çox çətindir. İlk öncə qripin çıxış nöqtəsini tapmaq lazımdır. Heç mutasiya keçirmədiyi dövrlərdə qrip epidemiyasının köklərini tapa bilsək və onları doğru formada dəyişdirsək bu epidemiyaya qarşı immunitet qazana bilərik. Amma əlbəttə ki, bu düşündüldüyü qədər asan deyil. Hər bir halda viruslar da mükəmməl formada öyrənilməlidir

Qan laxtalanması

Orqanizmi qan itirmədən qorumaq üçün laxtalanma prosesinin böyük əhəmiyyəti vardır. Bu prosesin əsasını plazmada olan fibrinogen zülalının fızikikimyəvi dəyişikliyə uğraması təşkil edir. Qanın plazmasında olan fibrinogen zülalı laxtalanaraq sapşəkilli fıbrinlərə çevrilir və yumaq şəklinə düşürlər. Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə, o özünün qlobulyar quruluşunu dəyişir deyə, albuminlərə xas olan həmin sap vəziyyətinə düşür. Yaradan qan axdıqda trombositlər ayrılır ki, parçalanaraq trombokinaza fermentini əmələ gətirirlər (ayırırlar). Qan plazması fıbrinogen və protrombindən ibarətdir. Onların hər ikisi zülali maddələrə aiddir. Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o isə fıbrinogenə təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın laxtalanması mürəkkəb prosesdir. Düzgün qidalanmamaq da laxtalanmaya gətirib çıxara bilər. Əgər xörəkdə K vitamini azdırsa, onda qaraciyərdə protrombinlər az əmələ gələcəklər və qan yavaş-yavaş laxtalanacaqdır.