Prezident Təhlükəsizliyi xidmətiKəşfiyyatçılar-görünmədən görmək, ölümdən dönməkXususi təyinatlı qüvvələr

Azərbaycan ordusu ağır döyüş yolu.

 Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.
Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və
Xüsusi Dövlət Mühafizə xidmətidə daxildir.
1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib.
1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. 
Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının
əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 
5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib.
Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 
21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, 
 oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
 Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə ilk olaraq oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan
edilib. Lakin 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edib.


2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 58-ci yerdə qərarlaşıb.
2017-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir),
 Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin 
 sərəncamında 13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4 submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 
 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var.Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər. 


Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirirdi və Sovet İttifaqı dağılandan sonra, çox azərbaycanlılar həvəslə ilk aylarıda döyüş üçün hərbi
qulluğa daxil olurdu.  Azərbaycanın Milli Ordusu təxminən 30,000 kişidən, 10,000-ə yaxın OMON-dan və Azərbaycan Xalq  Cəbhəsinin bir neçə min könüllüsündən ibarət idi.
Azərbaycanlı hərbçi Surət Hüseynovun Azərbaycan Ordusunun 709 saylı hərbi hissəsi yaratmışdı və 23-cü motor piyada diviziyasının arsenalından çox silah və nəqliyyat
vasitələri almışdır. İsgəndər Həmidovun "Bozqurd" briqadası da fəaliyyət göstərirdi.
Qarabağ müharibəsi zamanı Azərbaycan 388–395 ədəd artilleriya, 436–458 ədəd tank, 558–1264 ədəd zirehli personal daşıyıcı, 389–480 ədəd 
ədəd zirehli döyüş nəqliyyat vasitəsi, 63–170 ədəd döyüş təyyarəsi və 45–51 helikopter istifadə etmişdir
Ümumi hərbi müqayisədə, 17–32 yaş qrupunda, Ermənistanda hərbi xidmət üçün uyğun kişilərin sayı — 550 000, Azərbaycanda isə 1,3 mln təşkil edirdi.
1991–1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub.
Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib.
Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb.
Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.


İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda
Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad edilmişdir. Müharibədə Azərbaycan
Silahlı Qüvvələri 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, 100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüşdür. 
AZƏRBAYCAN ORDUSU 2020 Tarix yazdı. 
YAŞASIN AZƏRBAYCAN ORDUSU , YAŞASIN AZƏRBAYCAN XALQI.


QARABAĞ AZƏRBAYCANDIR!

Rüstəmov Hüseynin təqdimatında.